Deizm Nedir? ?

Deizm nədir?

Deizm (tanrıçılıq)

Bütün dinləri rədd edən, ancaq tanrının varlığına inanan inanc şəklidir. Dinlər rədd edildiyi üçün peyğəmbərlər, müqəddəs kitablar, cənnət və cəhənnəm, mələk, şeytan kimi anlayışların heç birinin deizm inancında yeri yoxdur. Yalnız kainatı və təbiət qanunlarını qoyan, bunun ardından kainata və insanlığa heç bir müdaxiləsi olmayan tanrıya inanırlar. Bu tək inancın qaynağı, bilavasitə yoldan hisslərimizlə təbiətə və insanın quruluşuna duyulan heyranlıq və bunları bir yaradan (tanrı) olması lazım olduğuna olan inancdır.

Deizmdə ibadətlərin və dini ritüellerin olmamasından ötəri ateistlər ilə deistler arasında gündəlik həyatda, praktik mənada bir fərqlilik yoxdur.

Deizm, təkamül nəzəriyyəsinə qarşı deyil. Deizmə görə insan, tanrının meydana gətirdiyi qaydalar çərçivəsində, daha primitiv canlıların təkamülləşməsi nəticəsi meydana gəlmiş ola bilər. Bir tanrıya inanmaq, o tanrının, insanı mərhələ keçirmədən bir anda yaratdığı fikirinə də inanmağı tələb etməz. Səmavi dinlərdə yəni Yəhudilik, Xristianlıq, İslam kimi dinlərdə insanın, əvvəldən təkamül keçirmədən yaradıldığına inanılar. Bu inanış deizmde yoxdur.

 

Deizm nəyə söykənər?

Ağıla və təbiətə. Kainata baxınca bir nizam görərik və bu nizam bizi bir tanrı ya da dizaynçı inancına aparar.

 

Deizm ateizmin bir növüdürmü?

Xeyr. Ateizm tanrını rədd edər. Deizme görə tanrı vardır. Deizm dinləri rədd edər.

 

Əgər deizm tanrı inancını qəbul edirsə deizm və yəhudilik, islam, xristianlıq kimi digər dinlər arasında nə fərq vardır?

Deizm yuxarıda da keçdiyi kimi təbiətə və ağla söykənər, vəhyə söykənməz. Digər bütün dinlər vəhyə ya da müqəddəs kitablara söykənəndirlər. Deizmde bir rahibə keşişə ya da imama ehtiyac yoxdur. Deismde ehtiyac olan tək şey öz sağlamfikirimiz və düşünmə bacarığımızdır.

 

Deistler tanrının kainatı yaradıb geri çəkildiyinəmi inanırlar?

Bəzi deistler elə düşünür, bəzi deistler tanrının insan davranışlarına müdaxilə edə biləcəyini düşünür. Məsələn: Corc Vaşinqton Long Islanddan çəkilmə ya da təslim olma arasında daha riskli olan çəkilməyi seçmişdir və özünə niyə daha riskli olanı seçdiyi soruşulduğunda, bunun edə biləcəyinin ən yaxşısı olduğunu və gerisinin tanrının təqdiri olduğunu söyləmişdir.

 

Deistler dua edərlərmi?

Yalnız şükür və təşəkkür üçün dua edə bilərlər, tanrıya diktə etməzlər. Dua üçün müəyyən bir yer və zaman, müəyyən bir bədən duruşları yoxdur.

 

Deistler tanrını necə görərlər?

Tanrını istədiyi qədər gücü olan ölümsüz bir varlıq olaraq görərik. Albert Eynşteyndən götürmə deizmin tanrı tərifi üçün yaxşı bir nümunə olacaq: ” Mənim dinim özünü zəif ağılımızla qəbul etməmiz çətin olan sonsuz güc sahibi üstün ruha təvazökar bir şəkildə heyran olmaqdan ibarətdir. Bu üstün düşünən gücün duyğuları dərindən təsir edən razı salıcılığı ki, bu özünü anlamaq mümkün olmayan kainatda ifşa edər, mənim tanrı anlayışımı meydana gətirər”

 

Deizm bir məzhəbdirmi?

Deizmin bir məzhəb olması mümkün deyil, çünki Deizm özünə söykənməyi öyrədər və insanları daim ağıllarını istifadə etməyə təşviq edər. Deizm əvəzi nə olursa olsun nüfuzu sorğulamağı öyrədər. Deizm vəhyə söykənən dinlər kimi mühakiməsi olmayan iddialarda ol/tapılmaz. Vəhyə söykənən dinlər insanları tanrının söylədiklərinə təslimiyyətə ya da bu sözlərə qarşı düşünmə gücünüzü təxirə salmağa çağırar. Bunu iman olaraq adlandırarlar. Məsələn: Musanın dənizi yardığına ya da İsanın suyun üstündə getdiyinə ya da Məhəmmədin Quranı bir mələkdən al/götürdüyünə inanmaq nə qədər məntiqlidir?

 

Deizmin dünyadakı pisliklərə qarşı cavabı nədir?

Dünyadakı pisliklərin böyük bir qisimi əgər tanrı vergisi ağılımızı qucaqlasaydıq ortadan qalxa bilərdi. Unudulmamalıdır ki, Təbiətin tapdığımız və irəliləməkdə istifadə etdiyimiz bütün qanunları, kompüterdən və kosmos səfərinə qədər əvvəldən bəri vardı. Amma biz məlumatımızı irəlilətmək və öyrənmək yerinə batil etiqadları və qorxunu seçdik. Müvəffəqiyyətin gərəyi olan çətin işləri bacarmaqdansa öz davranışlarımızdan məsul olmadığımızı düşünmək daha çox sakitləşdiricidir. Deizm hər suala bir cavabının olduğunu iddia etməməkdədir, deizm yalnız bu suallara gedən doğru yolda olma iddiasındadır.

 

Məlumdur ki, Məhəmməd Peyğəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Bu yaxınlarda alimlər həmin qadağanın izahını vermişlər. Onların fikrincə qızıldan olan nişan üzüyü sağlamlığımıza kifayət qədər ciddi təsir göstərir. Kişilərə qızıl üzüyü daim gəzdirmək olmaz. Çünki qiymətli metal vaxt keçdikcə oksidləşir və kimyəvi reaksiya məhsulları əmələ gətirir. Bu isə kişilərin cinsiyyət vəzilərinə mənfi təsir göstərir.

 

Cinsiyyət vəzilərinin fəaliyyətini, əyarından asılı olmayaraq, bir milliqram qızıl oksidi də pozur. Maraqlı odur ki, qızılın mənfi təsiri qadınlara aid deyildir. Alimlər bunu qadın orqanizminin hormonal və cinsiyyət sisteminin xarici təsirlərdən yaxşı müdafiə olunması ilə izah edirlər. Lakin qızıl üzüyün orqanizmə təsirinin digər mexanizmi də var. Məlumdur ki, barmaqlarda xeyli sinir ucları cəmlənmişdir. Təbii ki, üzüyü taxarkən sinir impulslarının ötürülməsinə fiziki təsir göstəririk. Bu baxımdan dar üzüklərin taxılması xüsusilə təhlükəlidir. Ümumiyyətlə, belə üzüklərin taxılması osteoxondroz və radikulit xəstəlikləri doğurur. Orta barmaqda narahat üzük gəzdirmək ateroskleroz və hipertoniyaya gətirib çıxarır, çeçələ barmağın yüklənməsi isə onikibarmaq bağırsağın patalogiyası ilə nəticələnir.

 

Alimlərin fikrincə, qızıl nişan üzükləri qadın orqanizminə tənzimləyici təsir göstərir və burada baş verən prosesləri fəallaşdırır. Mütəxəssislər qadınlara qızıl əşyaları zəiflik hiss olunduğu vaxtlarda gəzdirməyi məsləhət görürlər. Bundan əlavə, ürək xəstəliklərindən, hipertoniyadan əziyyət çəkən xanımlara qızıl çox xeyirlidir. Gümüş gəzdirmək isə təzyiqdən şikayətlənən qadınlar üçün məsləhət deyildir.

 

(NUR96;un bloqu qalmalıdı - müəllif)Dəvəquşu.. [və ya Deistləşdirəbildiklərindənsinizmi?]

 

memmedovaybeniz tərəfindən Dini... kateqoriyasında dərc edildi

Omur kitabim…

Omur kitabimi qarsima qoyub,

Butun  sehifeleri  vereqleyirem.

Baxdiqca kitabdan son sehifelere…

Gozlerden yas axir,cox kovrelirem..

Evvelden baxiram ilk sehifelerde,

Usaqliq illerim yadima dusur.

Bezen baxdiqca men her setirlere

Inan goz qiyilir,dodaq surusur.

Usaqliq illerim maraqla kecib

Omrumun en gozel caglari olub.

Heyata goz acib baxdigim o gun,

Onuncu sehifede kitabda durub

Ellerim titreyir her vereq uste.

Gah bagliyiram men,gah da aciram..

Bilmirem bu menim heyatim deyil?

Niye oz heyatimdan men cox qaciram?

Nedense kitabin yari hissesi,

Menim heyatimin keder illeri…

Ele gunlerimde var bu kitabda,

Inan unutdurar,qemli illeri.

Artiq heyatimda yeni biri var.

100cu sehifede durur bu cumle

Men seni sevirem,senle hayat var

Yazilib sehifede cumle be cumle..

Artiq sehifelere baxa bilmirem,

Kitabin sonlari kederle dolub

Bunlarin kederle dolma sebebi..

Menim heyetimda sensizlik olub.

Axirdan onuncu sehifede durur..

Heyatin ozlemlik,sensizlik cagi

Istedim men cirim bu sehifeleri

Evvelden onuncu sehife var axi

memmedovaybeniz tərəfindən ŞEİRLER.. kateqoriyasında dərc edildi

SENi dusunurem…..

Darixiram..darixiram

Oturub sakitce eyvanina baxiram

Bir isiq yanir ,o da senin otagindan

Kim bilir belke sende uzanib

Dusunursen meni o soyuq yatagindan

Gozlerini zilliyib tavana,dusunursen olub kecen her ani

Belke sende minim qeder da darixib

Qiniyirsan,bu vefasiz dunyani

Xatirliyib o denizi,sahili

Gozlerinden 2 damla yas axir

Dusundukce kecirtdiyimiz her ili

,iller de bizim  arxamizca baxir

Durub 1 siqaret yandirirsan,

tustusunde bogursan ozunu

Zillemisen eyvanima gozunu

Ele bilme gormurem….

Gecenin qaranliginda mende seni gudurem

Ah cekirsen,ulduzlara baxirsan

Inan ki sen meni  yandiirisan,yaxirsan

Usuyursen…,cox soyuqdu…,ama mensizlikden..

Menimse nitqim donub,yeqin buda sensizlikden…

Otagina kecirsen,en sevdiyin serabdi,ondan qurtum qurtum icirsen

Yene eyvana cixirsan…

Men terefe baxirsan,gozlerini gormesemde biliremmm

Agliyirsannn..

Her zaman sen deyerdin”bilirsenki icmirem”

Yalniz sensiz olanda serab minim dostum olur

Ondanda vaz kecmirem

Isigi sondurusen qaranliqda itirsen

Men seni gore bilmirem

Senden sonra hec kimi inan seve bilmirem

Qaranliqdan  qorxuram…

Yata bilmirem,qollarim bom bos qalib

Yatgim buz kesib

aramizdan sanki soyuq ruzgarlar esib

Ama hec ne olmadi

Sakitce getdin, heyatima nece sakit gelmisdinse elede meni terk etdin

Ama pesman deyilem cunki  mene sevmeyi sen oyretdin

 

 

memmedovaybeniz tərəfindən ŞEİRLER.. kateqoriyasında dərc edildi

PEŞIMANAM . . .

Qarsimda vereq var,elimde qelem

Butun huzunlerle inan dolmusam,

Ne yazacagimi hec men bilmirem,

Amma suallarla yalqiz  qalmisam,

Niye bele oldu?

Aglima gelen ilk sual

BeLkede DoGrusu Bu imiS deMek…

Sen gEtdiN O guNdeN qaLdim Men teNha..

Dilime deymeyir ne su,ne yemek…

Senin hesretinle,her gun soluram

Senin yoxlugunla men qovruluram…

Bilmirem qayitsan sen bir gun geri,Bilmirem men onda nece olaram?

Icimde cekiram oz agrimi men,

Ozum suallara cavab tapiram

Bilmirem getmeyin hansi sebebden,tek bu sual qarsisinda aciz qaliram

Ilerdir dusundurur,bu sual meni

Gecikmis mehebbet yasadiq gulum,

Unuda bilmirem inanki seni.

Bezen hec bilmirem,agliyim,gulum?

Gozlerimde artiq yasda quruyub,

Inan daha  kedere doze bilmirem

Quslarda hesreti inanki  duyub,geriye qayidir,

Birce mEn men yoxluguna doze bilmirem..

Bilirem,bilirem getmeyin mene goredi

Her gece men eve serxos gelirdim

Sen mene demirdin,senin susmagin,o zamanlar mene cox xos gelirdi

Indi sessizliyin meni oldurur,1 tek kelme ucun mohtac olmusam

Qayit gel evine sene qurbanam,sen geden o gunden yetim qalmisam

Qedrini bilmedim,amma inanki men indi,men indi  pesiman olmusam

 

memmedovaybeniz tərəfindən ŞEİRLER.. kateqoriyasında dərc edildi

Satanizm……

Satanizm, şeytançılıq – bu kimi sapqın inancların artıq Azərbaycanda da yayıldığı heç kim üçün sirr deyil. Onlardan birini tapıb söhbət etmək çoxdankı arzum idi. Lakin satanistlərin özlərini maksimum qapalı və sirli aparmaları bu istəyimi reallaşdırmağa ən böyük əngəl idi. Nəhayət, Türkiyədəki həkim dostum onun belə bir kolleqasının olduğunu söylədi. Türk əsilli bu qız Finlandiya vətəndaşıdır. 18 yaşı var, unversitetdə tibb fakültəsinin tələbəsidir. Onunla söhbətimiz böyük çətinliklə də olsa, baş tutdu. Müsahibə (internet vasitəsi ilə alınıb) boyu o, inancına uyğun olaraq, özünü çox aqressiv və şıltaq aparır. Kefi istəməyən sualları “boş ver” deyə rədd edir. Beləliklə, satanist həkimin müsahibəsi əliniz altındadır.

 

– Sizə necə müraciət edəcəyəm? Adınızı çağırım, ya necə?

 

– Sizli, bizli danışmayaq. Rəsmiyyəti heç xoşlamıram. Necə istəyirsən, de. Mənə «Meduza» deyə bilərsən.

 

– Yaxşı. Satanizm səni özünə necə cəkdi?

 

– Dünyanın qaranlıq tərəfləri məni həmişə maraqlandırırdı. Səbəbini bilmirəm. Satanizm mənə özəl bir şey kimi gəldi. Təxminən, 14 yaşımdan satanizm haqda düşünməyə başladım.

 

– Bəlkə, bir az konkret danışaq.

– Hmm… belə oldu: 14 yaşımda «black (qara) metal», «death (ölüm) metal», «rock» tərzli musiqilər dinləməyə başladım. Bu mahnıların sözləri xoşuma gəldi. Onlar aqressiv və canalıcı ruha malikdirlər. Bir də mən dəhşətli filmləri, vampirlərlə ilgili mövzuları sevirdim. Ölümsüzlük, qan ilə qidalanmaq-filan kimi söhbətlər mənə çox ilginc gəldi.

 

– Dediyin mövzular çoxlarını ilgiləndirir, amma bunlara görə insanın Şeytanı sevməsi bir az ağılabatan deyil…

 

– Eee, necə başa salım. Şeytan bizə özgə deyil. O, insanın içində vardır. Dolayısıyla biz insanların bir qismi şeytandır.

 

– Sən daha öncə dinlə maraqladınmı heç?

 

– Din deyərkən islamımı demək istəyirsən?

 

 

 

– İslam və ya xristianlıq…

 

 

 

– Atam, anam müsəlmandır. Amma mənə müsəlman demək olmaz. Bunu heç istəmirəm də. Dini kitablar… hə, oxudum. Din kitablarında şərlə (kötüylə) əlaqədar yazılan şeylər normalda insanların sinirini pozur, amma mənim, tam əksinə, diqqətimi çəkdi. Və şəri daha çox sevməyə başladım. Sonra da bu yolu seçdim..

 

 

 

– Hansı şər əməlləri törətmək bir insanın satanist olduğunu sübut edər?

 

 

 

– Bunun üçün ancaq sadist və mazoxist olmağın gərəkdir. Əzab verməkdən qorxmayacaqsan, öldürməkdən, qan axıtmaqdan çəkinməyəcəksən. Və bir də ayinlərdə o qanı içməkdən…

 

 

 

– Qan nədir?

 

 

 

– Ayinlərdə şeytan üçün axıdılan qan. Adətən, bu, pişik qanı olur.

 

 

 

– İnsan qanının da bu ayinlərdə tökülməsi haqda deyilənlər doğrudurmu?

 

 

 

– Doğrusu, insanı kəsmək ən gözəlidir. Amma mənim olduğum ayinlərdə heyvan kəsilib: it, pişik və s.

 

 

 

– Qurban kəsilən insan mütləq satanist olmalıdır, ya onun inancının nə olması önəmli deyil?

 

– Əslində, o qədər önəmli deyil… Önəmli olan canlı birini Şeytan uğrunda kəsməkdir.

 

– Ayinləriniz hər gün keçirilir?

 

– Əgər mənim qatıldığım ayinlər haqda soruşursansa, yox. Həftədə bir dəfə. Gündə ayin keçirsən, qurbanlıq canlı qalmaz ki…

 

– Satanistlər arasında məşhur adamlar varmı?

 

– Oooo (gülür)… Satanistlər arasında böyük insanlar vardır. Xristianların papaları, müsəlmanların imamları kimi.

– Konkret ad çəkə bilərsənmi? Məsələn, ABŞ prezidenti Corc Buşun satanist olması nə dərəcədə həqiqətdir?

 

– Corc Buş…. Hımmm. Corcccc… O, gözəl işlər görür. İraq, Əfqanıstan savaşları, ölüm, qan. Amma açıq deyim ki, onu heç xoşlamadım.

 

– Satanistlərin böyükləri olurmu?

 

– Təbii. Onlara “işıqsızlar” deyirik. Bu işıqsızlar Şeytanla daha yaxın təmasa girə bilir, onlarla danışmağı bacarırlar. Ayinlərdən öncə

 

Şeytanın nə istədiyini də onlar bizə söyləyir. Bəzən güclü inanclı bir satanist Şeytana daha tez qovuşmaq üçün qurban edilmək də istəyə bilir.

 

– Satanistlərin hansı əlamətləri var? Onları toplumda necə tanımaq olar?

 

– Adətən, qara geyinirlər, aqressivdirlər, kənar insanlarla danışmağı sevməzlər, sadəcə, satanist yoldaşları ilə söhbətləşərlər. Bol-bol tikanlı bilərziklər, qulaqlarına, burunlarına pirsinq (bədənə taxılan xüsusi dəmir bəzək əşyası) taxarlar. Amma bunun tam əksinə, satanist olduğunu heç bəlli etməyənlər də var. Belələrinə “təvazökar satanist” deyirik.

 

 

 

 

– Satanistlər metallara, xüsusən dəmirə məhəbbət bəsləyirlər. Bunun səbəbi nədir?

 

 

 

– Çünki dəmir can alandır. Qılınc da metaldan hazırlanır, o, adam öldürmək, qan tökməkdən başqa heç bir şey üçün deyil.

 

 

 

– Allahın varlığını qəbul edirsinizmi?

– Hə… Bizi ateistlərlə səhv salma. Allah var və o bizim ən böyük düşmənimizdir. Nə bilirsiniz, Allah kimdir? Bəlkə, onun özü də satanistdir! O deyilmi zövqləri yaradıb sonra onları haram elan edən? Belə etməklə sizə əzab verib, həzz alır. Əzab vermək, üstəgəl həzz almaq, bərabərdir satanizm.

 

– Dini kitablarda Şeytan və onun tərəfdarlarının cəhənnəmdə yanacağı deyilir. Bu, sizi qorxutmur?

 

– Qorxutmaq? Qorxu bizə yaddır. Cəhənnəmdən də qorxmağa dəyməz. Biz zatən cəhənnəm övladlarıyıq. Cəhənnəm bizim vətənimiz…

 

-Bəs ordakı iztirablar necə? Axı orda sizi yandıracaqlar, qır qazanı və s… bunları bilirsən?

 

– İstirab bizə həzz verən bir şeydir. Niyə ondan qaçmalıyam? Cəhənnəm bizim üçün başdan-başa zövq-səfa yeridir.

 

– Dünyada satanistlər çoxdurmu?

 

– Hələ ki, azıq. Amma hələ ki… Biz çoxalacağıq. Bütün dünyanın satanist olacağı gün uzaqda deyil.

 

– Siz Şeytanın sonda Allahın iradəsinə tabe olacağını qəbul etmirsiniz?

 

– Sonda qələbə bizimdir. Sizin nə deməyinizdən asılı olmayaraq.

 

– Satanistlər təbliğatını necə aparır? Özünüzə necə tərəfdar toplayırsınız?

 

– Bu, çətin deyil. Bir insanın şər zehniyyətli olduğunu duymağınız bəs edir.

 

– Əxlaqi məsələlərə münasibətiniz necədir? Ailə, qadın-kişi münasibətləri sizdə necə tənzim olunur?

 

– Heç nə tənzim olunmur. Hər şey azaddır. Satanist bir insanın «filan şey günahdır» – deyə çəkinəcəyi heç nə yoxdur. Bir sözlə desək, sizin günah deyib çəkindiklərinizi etmək bizim üçün vacib bir əmrdi.

 

– Satanistlər cəmiyyətdən öz inanclarını niyə gizlədir? Qorxudan, ya başqa səbəbdən?

 

– Qorxunu bir kənara qoy. Sadəcə olaraq, bəzi ayinlərdə insanların öldürülməsi bizi ehtiyatlı olmağa vadar edir. Yaşadığımız cəmiyyətin qaydaları hələlik buna imkan vermir. Həm də insanlarda bizim haqqımızda çox qorxulu düşüncələr var. Mən özümə satanist deyib dolaşsam, kimsə yaxınına buraxmaz. Amma bunlar ötüb gedəcək. Hər kəsin satanist olacağına dərin əminliyimiz var.

 

– Sizin simvollarınız varmı?

 

– Var. Beş ulduz və tərsinə xaç onlardan ən önəmlisidir.

 

– İxtisasca həkimsən. Həkimin funksiyası insanlara şəfa verməkdir, sənsə ölüm-qan istəyirsən. Bəlkə, bu peşəni də təsadüfi yox, insanları kəsib-doğramaq üçün seçmisən?

 

– Hımm… Çox ağıllısan. İnsan vücudunu dərindən öyrənib onları çeşidli yollarla öldürmək üçün tibbi seçdim.

 

– Bu yoldan nə zamansa çəkilməyin mümkündürmü?

-yox…

memmedovaybeniz tərəfindən Dini... kateqoriyasında dərc edildi

QISAS gecesi..

Yuxudan durub ilk olaraq,telefonun ekraninda saata,sonra ise tarixe 6 AVQUST,2010,12:00.Hava cox gzel idi..Gozel gunes cixmisdi,esl deniz havasi idi..Her zaman havanin bele olmasi ona ayriligi,sevdiyi insandan ayrilmagi,daha dogrusu terk edilmeyi xatirladirdi.Eynile bu gun,bax ele o gunden Nigar ozone gele bilmirdi,baxmayaraqki artiq ayriligin ustunden 1 il kecmisdi..

Ama helede onu sevirdi,1 il kecmesine baxmayaraq, Nigar Azerin uzun gormurdu,ama dusunurdu ki bir yol tapib ona yaxin olmaliyam, Yuxudan durub el-uzunu yudu,seher yemeyini yeyib,otagina qayitdi.Telefonu eline goturub 1 il danismadigi,uzunu gormediyi Azere mesaj yazmagi qerara aldi

Belkede Azer onu artiq unutmusdu,belkede evlenmisdi,belke artiq usaqlari var..Risk elemeye deyerrdi

“SENIN UCUN DARIXMISAM

Mesaji yazib yolladi,Nigarin ureyi ele tez-tez cirpinirdi ki sanki bu deqiqe yerinden cixacaq,ustunden 5 deqiqekecmemis zeng geldi

Azer zeng edirdi…Nigar telefonu acmadi..

“nigar telefonu ac,sene sozum var’

Esidirem..

-necesen?

-cox sag ol yaxsiyam,yaxsi olmaga calisiram

-belke bu gun gorusek?

-fikirleserem

-fikirles mene xeber ele

-okus

Nigar sanki goylerde ucurdu,istediyine artiq nail olmusu,Azere bir addim da olsa yaxinlasa bilmisdi,hele her sey bundan sonra basliyacaq.Axsam saat 7 idi,Azer zeng edirdi

-Nigar cixa bilersen?

-10 deqiqe vaxtim var

-olar,cix binanin basina seni ordan goturecem

15 deqiqeden sonra artiq Nigar 1 il gormediyi,heyatindan da cox sevdiyi Azerin yaninda idi..Gece boyunca xeyli sohbet etdiler,1 il erzinde olub kecenlerden danisdilar..Nigar eve getmek istediyini soyledi,nigari eve qoyduqdan sonra Azer butun geceni dostlaruyla kecirtdi

Ama her seyden en esasi Nigar Azere yaxin ola bilmisdi,hec olmasa umid yeri var idi,gece boyunca durmadan Azere mesaj yazdi,onun ucun darixdigini,onsuz qala bilmediyini soyledi

Saat 07:00,demek hele ise getmiyib,onu yuxudan durquzmaq lazimdir.gozlerini acib,azere zeng eledi

Esidirem

Azer dur,ise gecikesen

Yaxsi dururam,Nigar,cox sag ol

Her seyin en yaxsini eliyib,oldugundan daha cox deyerlendirib ona daha yaxin olmaq isteyirdi  ve get-gede buna nail olurdu.Yemek saatlarinda zeng eliyib ona yemek yemesi ucun israr edirdi,

Azer corek ye,Azer masini ehtiyatli sur,Azer onu eleme,bunu el eve belece azerin ureyini yeniden qazana bildi.Artiq azer Nigara o qeder oyresmisdiki sesin esitmiyende bele deli olurdu,her saniye nigara zeng eliyir,her gun onunla gorusur,sehere qeder telefonda danisir,artiq basa dusurduki nigarsiz qala bilmir..

O ise azerin bu bagliligindan daha cox istifade edirdi,demek olar ki her gun gorusurduler,nigar azeri ozone daha yaxin olmaq ucun her gorusde onu opmeye,onu qucaqlamaga basladibu hereketleri onu azere daha yaxin edirdi,her gorusden sora azere mesaj yazirdi :”Azer sensiz qala bilmirem,senin ucun,opuslerin ucun,qoxun ucun darixiram”

Bu mesajlar Azeri deli eleiyirdi.ve Azer artiq sanki Nigardan asili bir veziyyete dusmusudu,onsuz qala bilmirdi,her saniye Nigara zeng edirdi,birden ne dusunduse Nigara zeng eledi

‘Nigar men sensiz qala bilmirem,gel evlenek,ailemiz olsun ,usaqlarmiz olsun.Men istiyirem ki minim xanimim olasan,mene aid olasan”

Nigar ele esitmek istedikleri bu idi,ama her defe bu sozleri esidende sanki daha cox Azeri asili veziyyete salmaq ucun ona yox cavabi verirdi,ama onu ele alamaq ucun her seye,her yola el atirdi

Belelikle artiq 1 il kecmisdi,artiq 1 il idiki onlar birlikde idiler

Bir gun isti yay gunlerinin birinde onlar denize getdiler,Nigarin sahil kenarinda azere elediyi teklif Azeri deli olmaq derecesine catdirdi,sanki azer nigari sevmek xesteliyine tutulmusdu’Azer artiq 1 ildirki birlikdeyik,men seninle birlikde olmaq isteyirem,seninle deliler kimi sevismek isteyirem,sene ait olmaq isteyirem’eslimnde o buna etiraz eti,ama Nigari gordukce ozunu saxlaya bilmirdi,ona hakim olmaq isteyirdi

Azer masini novxani baglarina surdu. azerin evine getdiler,otaga giren kimi Azer Nigari qollarinin arasian alib onu deli kimi opmeye basladi”Nigar men sensiz qala bilmirem,sene deli oluram,sen meni deli eliyirsen,evlen menimle” onlar sehere qeder deliler kimi sevisdiler

Seher yuxudan duranda Azer Nigari yaninda gormedi,butun evi axtardi ama Nigari tapa bilmedi,o getmisdi’Azeri terk etmisdi.Birden Azerin gozu yatagin ustunde olan zerfe satasdi..zerfi acib icinden mektubu cixartdi.Mektubda yazilirdi…

Artiq seninle bagli olan heyatima umumilikde son qoydum,her seye.Seninle bagli xatireleri nece deyerler ,her seyi bir mucruye yigib ummana atdim,orda batsin deye.Sene ait olan bi tek varliq bele saxlamadim heyatimda.Artiq seni unutdum,unutdum deyirem amma qelbimde helede seni sevirem,sen menim bir omur xatiremde qalasan.Seni  unutmaq asand deyil,ozumle bacara bilmirem…Ama sevgi qarisiq sene ureyimde dehsetli derecede nifret hissi var,bax o nifret hissim gunden-gune artir..Belke o zaman seni unuda bilerem deye

Sevgi?nedir sevgi?Yalanlarla dolu ask oyunu,anladim ki bu heyatda sevgi yoxdur.Varligimla bir tek sene inanmisdim ama gorunur yanilmisam.Sene inanmaqda bele yanilmisam,

Bezen dusunuremki yaxsiki her sey qurtardi,cunki sene olan sevgim o qeder guclu idiki her seye qadir hesab edirdim ozumu,cox sehvlere yol verdim,yapmam gereken seyleri yapmadim yanlis etdim,cox yanlis..

Kas ki bu qeder sene bagli olmasaydim,seni bu qeder sevmeseydiM

Kaski arzuladigim seyleri arzuladigim  kimi yasiya bilseydim,ama olmadi

Ama artiq ozume soz vermisem daha hec kimi sevmiyecem..Cunki sevdim ve qarsiligin yeterince gordum..Sen menim sevgime qarsiliq vermedin dusundunki eh ne etsem onsuz meni bagislayacaq,amna senin gozumde bu qeder kucuk duseceyin hec aglima gelmezdi

Sana acidigimi soylesem?Sene yazigim gelir,nifretin o qeder boyuk ki hec kimi seve bilmezsen sen..Hec kime baglana bilmezsen

Senin heyatinda seni menim qeder seven qadin olmuyacaq….menim qeder senin ucun her seyinden kecmeye razi olan bir qadin olmayacaq,senin ucun her sey etmeye razi olan bir qadinOLMAYACAQ

Seni minim qeder seven hec kim olmayacaq..bu heyatda sevgisiz qalmagin ne oldugunu bilmirsen ,ama vaxt gelecek sevginin ters uzunu sene de  gosterecek tersine  donen zaman

Oten xosbext,menimle bagli gunlerine donmek isteyeceksen ama o zaman da men olmayacam,artiq heyatinda nigar olmayacaq

Seni oldugun kimi seven,sene oldugun kimi deyer veren,oldugun kimi qiymetlendiren,Saxta tebessumlerden kenar,yalan sevgi etraflarindan kenar  nigar olmayacaq.

O zaman anlayacaqsanki mensiz qala bilmirsen,saxta tebesssumler seni usandiracaq,o zaman meni axtaracaqsan bax,o zaman men olmayacam

Bu omur yolunun 375-ci gununde  heyata mensiz davam edirsen.Bu uzun heyat yolunda seninle olmaq isterdim ama olmadi.Men ele bilirdim sensiz qalsam olerem,necede ciliz dusunce imis.Heyatimda olmamagin olmagindan dahayaxsidi,sensiz heyat daha gozeldi.

Seni itirmek qorxusu yox,xeyanet qorxusu yox,terk edilmek qorxusu yox..Ama ne yaxsiki men seni terk etdim seni nece qazanmisdimsa elecede cekib getdim.Ama seni qazanmaq o qedr asan olmamisdi..Nece ki bu gun itirmek asand oldu..S eni itirdim,ama tesuflenmirem,bilirsen niye?Cunki senin kimi ciliz insanlarin heyatimda olmamagi daha yaxsidi,senin kimi insanlara bu menali sevgi dolu heyatimda yer yoxdu..sene qarsi hiss etdiyim sirf qisas hissi idi,senden qisasimi aldim,men de seni meni terk edib getdiyin kimi cekib getdim.indi sende minim kimi sevgi ezabinin ne oldugunu anlayasan,sen de minim kahr olasan,

Ozumu cox gunahkar hiss edirdim,senin emellerin ucbatindan seni terk etmekde ozumu gunahkar hiss edirdi,ama bu gun tam emin oldum ki bele hamisindan daha yaxsidi

 

 

Yolun aciq olsun,sene xosbextcilik arzu etmirem,cunki xosbextcilik inasanin oz elindedi sen ise hec vaxt ona nail ola bilmezsen..

Bu ayriliqdan 2ay kecib,ama helede Azer bir kelme bele danisa bilmir

 

 

 

 

memmedovaybeniz tərəfindən Hekayeler... kateqoriyasında dərc edildi

YAĞİŞ. . .

Bu gecə yenə ağladım yoxluğuna…

Gözyaşı damlalalarım sızarkən dodaqlarıma doğru, duzu dilimdəki yaranı yandırdı bir az daha…

Bu gecə yenə ağladım sənsiz mahnılarla… həyatı əzmək,yox etmək istədim son bir dəfə daha …

Niyə bilmirəm amma yenə ağladım səhərə qədər… giley etmək istədim içimdən bir şeylərə bağıra-bağıra

Bəlkə də gözyaşlarım mənim yerimə bütün təhqirləri qışqırmışdır avazı çıxdığınca..

Bu gecə bir daha ağladım sənsizliyimə, səssizliyimə səssizcə…

Tutmaq istədim əllərini,öpməyini məni.. Hiss etməyi isti bədənini.. Bu gecə bir daha özlədim səni…

Həsrəti yenə ürəyimə aldım və ağladım bu gecə… Qismətimə qızaraq, amma yenə ağlayaraq səni düşündüm bu gecə…

Nə qədər çox istəyərdim yanımda olmağını, Çünki mənim bütün dünyam yalnız sən olmalı idin, yalnız səni görməliydim və mənə yalnız sən baxmalı idin…

Ağılıma gələn heç nəyə baxmayaraq sıyırıb bədənimdən sənin yanına göndərdim ruhumu…

Qısqandı yenə hər gecəki kimi səni içdən-içə ürəyim… Və giley də etdi, ağladı da gözlərim… Çünki Sən Mənə Baxmalı idin indi, Və yalnız mənim olmalı idi gözlərin…

Mənim sənin olduğum kimi səndə yalnız mənim…

Düşünmək qəflətən, və ani ağrılar hiss etmək, bu gecə bir daha təkrarladı hər şey özünü…

Və mən bu gecə yenə ağladım, yenə sevdim səni utanmadan…

Qısqandım, darıxdım və ağladım…

Və yenə yalnız sənin oldum öz özümə, yenə andlar etdim, yenə dualar etdim, bilirəm bir gün bir yerdə bədənim olmasa da ruhum çatacaq sənə…

Bu gecə yenə ağladım, yoxluğuna…

Gecələri yandırmaq istədim yenə, yandırıb yıxmaq hər şeyi hər zərrəni yerlə bir etmək, su olub söndürmək günəşi, sənin yoxluğunda məni istilətməyə çatmayan o günəşi söndürmək istədim !

Bu gecə yenə bütün dünyanı arxamda buraxıb qaçmaq istədim, yoxluğundan qaçmaq..

Edə bilmədim, hər dəfəsinda ölmək istədim amma ölə bilmədim, bu ağrıdan xilas ola bilmədim…

Bu gecə yenə atəşi qucaqladı bədənimi sənsizliyin və mən ağladım…

Yenə ruhum cançəkişti, yenə boğazım düyünləndi, gözlərim

yandı, üşüdü əllərim uzanmaq…, uzanıb tutmaq istədim amma edə bilmədim…

Sən yox idin və mən yoxluğunda qanadım…

Yox Olmaq istədim minlərlə dəfə yenə bu gecə…

Yox Ola bilmədim, sənsizlikdə var da ola bilmədim…

Darıxdım amma sənə izah edə bilmədim, axtara bilmədim, səsini eşidə bilmədim yalnız ağladım…

Hər şeyi sənə Yazdım…

 

memmedovaybeniz tərəfindən Maraqli... kateqoriyasında dərc edildi

REBBINIZIN sizden razi qalmasini isterdinizmi?

Allaha, Rəhman və Rəhim olan Rəbbimizə qarşı sadiq olduğumuzu, sıx bağlılığımızı göstərmək, sübut etmək üçün ən böyük xeyir yollarından biri insanlığa, bəşəriyyətə xidmət etməkdir. Allah tərəfindən nazil olan bütün kitablar başqalarına yardım etmək məsələsinə xüsusi əhəmiyyət verir və bunu vurğulayırlar. İslam dinində başqalarına kömək etmək və onların problemlərini həll etmək böyük fədakarlıq, yaxşılıq olmaqla yanaşı, həmçinin geniş, əhatəli bir ibadətdir. Bu əməl yer üzündə sülh, əmin-amanıq üçün stimul və axirətdə isə əbədi mükafat, savaba nail olmaq üçün təqva (Allahdan qorxmaq) vasitəsidir.

Səxavətli, Vəhhab Rəbbimiz bu əməli o qədər xoşlayır ki, biz başqalarına kömək etdikdə, Ğafur Rəbbimiz sadə bir şeydən dolayı-insanların gəzdikləri, getdikləri yoldan bəzi maneələri qaldıraraq kənarlaşdırmaq-bizim günahlarımızı bağışlayır.

Əbu Hureyra radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə söylədiyini rəvayət edir: Bir kişi yol ilə gedərkən yolda bəzi böyürtkanlar (tikan) görür. O kişi onları yoldan kənarlaşdırır. Allah təala onun bu fəzilətli əməlinə o qədər ehtiram göstərmişdir ki, Ona bağışlanma bəxş etmişdir (bağışlamışdır)”. (Səhih Muslim.)

Eyni hədisin digər rəvayətində, Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cənnətdə bir kişinin dolaşdığını gördüyünü dedi. Onun etdiyi əməl yoldan keçən insanlara əziyyət verən bir ağacı kəsib, yoldan uzaqlaşdırmaq olmuşdur.

Bu hədisin şərhində, Əl-Nəvəvi rahiməhullah deyir ki, başqalarına yardım, kömək etməyə səbəb olan hər bir fəzilətli əməl üçün savab vardır.

Alimlər şərh edirlər ki, bu hədisdən götürəcəyimiz başlıca ibrət odur ki, istənilən bir yolla başqalarının sıxıntısını asanlaşdırmağın xüsusi, ona xas fəziləti var: “İnsanlığın xidmətində olmayınca, etdiyimiz ibadətlər və digər ibadət əməllərimiz bəhrəsizdir”.

Özlərini fəlakət qurbanlarına yardım etməyə həsr edənlərə Allah təala öz bağışlanmasını əta edir. Bu cür fəzilətli əməllər ilə məşğul olanlara Allah təala yalnız bağışlanmasını deyil, həmçinin Öz sonsuz rəhməti ilə Allah Azzə və Cəllə Qiyamət Günündə həmin insanların hesabını asanlaşdırmağı zəmanət verir.

Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Kim mömin bir insanın çətinliklərini aradan qaldırarsa, Allah axirətdə onun sıxıntılarından birini uzaqlaşdıracaqdır. Hər kim bir kəsin problemini həll edərsə, Allah təala bu dünya və axirətdə onun üçün işlərini asanlaşdırar…Qul öz qardaşına kömək etdiyi müddətcə, Allah təala Öz quluna həmişə kömək edər”. (Səhih Muslim, 4867)

Bu hədis bizə göstərir ki, bağlılığın, sədaqətli olmağın ən əzəmətli forması, Allahı razı salmaq, məmnun etmək üçün ən üstün yol insanlığa xidmət göstərməkdir. Bu gün kainatımız, dünyamız sülh üçün susamışdır. Bu istiqamətdə bir çox proqramlar və səylərin yerinə yetirilməsinə baxmayaraq, biz hələ də buna nail ola bilməmişik, bilmirik. Halbuki, məsələnin həll yolu aydındır-yəni insanlığa xidmət göstərmək.

Allah təalanın son rəsulu Məhəmməd sallallahu aleyhi və səlləm gəlməmişdən əvvəl Məkkə xalqı cahillik içərisində yaşayırdı. Onların cəmiyyəti sərt, kobud, insan ləyaqəti, qardaşlıq, məhəbbət və rəhmət kimi dəyərlərdən çox uzaqda idi. Elə məhz həmin xalq Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin hidayəti ilə hidayət olunduqları zaman, sadəcə onların davranışı, əxlaqı, müamiləsi onların yenicə həyata keçirdikləri ictimai şüurları ilə ünsiyyət üçün artıq kifayət etmişdir. İslam dininin təlimləri, yuxarıda qeyd olunanlar kimi, müsəlmanlar üçün yeni ictimai həqiqətin əsasını formalaşdırmışdır.

Biz bu dəyərlərin peyğəmbərlərin öz həyatlarında həyata keçirdiklərinin şahidi oluruq. Musa, İsa, Məhəmməd və digər rəsulların timsalında Allah təala bəşəriyyətin, insanlığın digər üzvlərini hidayət etmiş, nura çıxarmışdır. Ona görə də, bizlər onların saleh, doğru davranış, əxlaq tərzinə tabe olmalı və həyatımızı müvafiq olaraq bunun üzərində bina etməliyik. Bizlər, xüsusilə də zülmətin, ruh düşkünlüyünün üstünlük təşkil etdiyi mühitdə peyğəmbərlərin sülh, əmin-amanlıq yaratmaqlarındakı üsulları araşdırmalı və öyrənməliyik.

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm Mədinəyə gəldiyində yerli sakinlər ilə Məkkədən təşrif buyuran mühacirlər arasında qardaşlıq bağları yaratdı. Bu minvalla, aləmlərə, cinlərə və insanlara Rəhmli və Rəhman tərəfindən rəhmət olaraq göndərilən rəhmət peyğəmbərimiz insanları bir-birinə kömək göstərmək və bir-biri ilə dinc yanaşı, ahəng içində yaşamağa təşviq etmiş, ruhlandırmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm öz hikməti ilə iki müxtəlif insanları bir yerə, vahid bir cəmiyyətə çevirmişdir.

Bu insanlar, bu cəmiyyət indiyə qədər müşahidə olunan, bilinən ən üstün nəsil olmuşdur. Mədinə yəhudiləri mühacirlər və yerli sakinlərin (ənsarların) birgə cəmiyyətlərinin davranışını gördüklərində, onlar bu davranışdan yüksək şəkildə təsirlənmişdilər. İmanın əməllə təcəssümünün həqiqətinə şahid olduqdan sonra onlardan bəziləri İslam dinini qucaqlamış, qəbul etmişdirlər.

Digər insanların problemlərini həll etmək qəlbləri yumşaltmaq və ahəngdarlıq, əmin-amanlıq yaratmaq üçün bir yoldur. Bəzən qəddar, zalım bir insanın sərtliyi bəzi yumşaq insanlar gördüyü zaman əriyib gedir. Sadəcə lütfkarlıq, xeyirxahlıq səbəbi ilə o qəddar insana çətinliklərdən çıxmaqda kömək göstərildikdə o insan bir də görürsən ki, artıq buz kimi ərimişdir. Peyğəmbər salallahu aleyhi və səlləmin həyatında və gündəlik həyatımızda buna dair bol-bol nümunələr var. Lakin təəssüflər olsun ki, bizlərdən bir çoxları bundan qafildirlər. Dünyada bu qədər qəm-kədər, sıxıntının olmasının səbəblərindən biri də məhz budur.

Digər insanlara kömək etməyin qiyməti, dəyəri və əhəmiyyəti bəşəri bir həqiqətdir. Çünki Allah təala insanlara xidmət etmək üçün onların ehtiyaclarını qarşılamaqda fədakarlıq göstərən insanlardan qafil deyildir.

Bir müsəlman kimi bizlər insanlığa xidmət göstərmək vərdişlərini özümüzdə tərbiyə etməli və bunun üçün yalnız Allahın razılığını və axirətdə isə Onun mükafatını əldə etmək məqsədini güdməliyik ki, bu da ixlasdır.

memmedovaybeniz tərəfindən Dini... kateqoriyasında dərc edildi

Gedirem. . . . .

Gedirəm..!

“Nə oldusa bu tək gecələrdə oldu..”

Gedirəm…

Bəlkə də qələmə aldığım son sətirlər bunlar. Sən bu an haradasan və kim bilər kiminləsən deyə soruşmadan gedirəm. Soruşmuram və bir daha soruşmayacağam. Səssiz sədasız bir neçə sətir qaralayacağam və gedəcəyəm. Bilirsənmi; getmək sənin qədər gözəlmiş yeni anladım…

Bu anda həmişə hər vaxt, hər damlasına aşiq olduğum yağış yağır. Sənsiz, damlaların şüşəyə vuruşunun belə dadı yox. Tamam etiraf edirəm; sənsiz bu şəhərin belə dadı yox. O boğazın qoxusunu, dalğaların qayaları döyüşünü, soyuğunu, istisini, hər an dəyişən havasını sevmişəm eşqdən idimi ki?

Yağış yağır və mən, sənsiz bu gözəllik mənə haram deyə qışqırıram avazım çıxdığınca. Gecənin ən səssiz və ənn mənə aid olan saatları. Düşünürəm də bu saatlarda nəfəs almağa başlamışdım ilkin. Biz çətini bacarmışdıq səninlə, bir araya gəlməsi bəlkə də qeyri-mümkün şeirləri, mahnıları və hətta susqunluqları görüşdürmüşdük birlikdə. Günəş üstümüzə doğulurdu. Biz quş səslərini keflə dinləyirdik…

Eşqi axtarmırdım ki mən. Sən və mən, biz bir-birimizi axtarmırdıq ki. Amma tapdıq bir-birimizi. Tapdıqdan sonra başladı özümüzü axtarışlarımız. Yox olmağı düşünən mən, sənin üçün minlərlə il yaşamağı gözə götürmüşdüm. Səni qələmin ucunda, səhifələrin ortasında tapmışdım. Amma sən……

Sən həyatın içində idin. Sənə gözəl sözlər söyləmək istədim həmişə. Sözləri bəzəyib bəzəyib təqdim etmək istədim sənə. Amma tək söz çıxdı həmişə dilimdən. “Gəlincik”… Bildiyim ən gözəl şey idi, sənsə həyatda tanışım ən gözəl şey idin…

“Bunları xatirə olsun deyə yaşamadıq.” Atəşə də yağışa da, uçmaq istədiyimiz üçün ucduq. Öləcəyimizi bilərək deyil, öləcəyimizi düşünmədən, istədiyimiz üçün ucduq. Mən atəşdim, sənsə dəli bir yağış…

Nəysə bilirəm ki sənin sonun yox amma artıq mən gedirəm. Çünki hər problemin qarşılığı, həyat belə deyərək də verilə bilir. Çünki… Çünki mən aşiqəm hələ.

Gedirəm… Bir qaçış deyil bu, yalanı yaşamaqdansa bizə buraxılan son şansı istifadə edirəm bəlkə də. Kim bilər…??

memmedovaybeniz tərəfindən Maraqli... kateqoriyasında dərc edildi

Seni Axtarmayacam…

Daha seni axtarmayacam..Ozume soz verdim,zeng etmeyecem sene,evvelce telefon nomreni unudacam,sora barmaqlarimin gozumyumulu yigdi nomreleri…Artiq ozume soz verdim seni xatirlamiyacam,sen ozun meni axtrarana qeder…Sesini unudacam,gulusunu unudacam,seninle bagli xatireleri unudacam,gezdiyimiz sahili,o evi,sevismelerimizi unudacam..Seni axtarmayacagam..Icim qan aglayacaq,sensizlikden qovrulacam ama sene zeng etmeyecem…Seni axtaracaq gozum,gulusunu,opusunu,kobud ellerinle mene her toxunusunu,saclarima  tumar cekmeni,zarafatyani da olsa bezen meni vurmagini..Inanki onlar ucun bele darixmisam,ama sene zeng etmeyecem.. Seni axtarmayacam,ellerim her defe  telefona uzananda gozlerimi yumacam,…Aglimda tek uzun,baxislarin qalacaq,mene baxib gulumsemeyin qalacaq,ama sene zeng etmeyecem…Her gece yatanda baxislarin gelecek gozumun onune,qovrulacam,sora gulusun qulagimda  cingildiyecek,sora sesin,mesajlarina baxacam,mene her gece yazdigin  o mesajlari oxuduqca  ,yansamda,gozumdeki yaslar sel olsada,ozume bir soz vermisem,sene zeng etmeyecem ve bu sozumu tutacam…Bu iller erzinde qururumu ortaya qoydum,ama hec bir sey alinmadi…Laqeydliyin meni usandirdi…Sen hec meni xatirlamayacagsanmi?Elbetde xatirlaycaqsan…Evvelce  sozlerimi,gozlerimi,baxislarimi,gulusumu,sora her gece bize ait olan soyuq yatagina girende sehere qeder sevismelerimizi,opuslerimi ,ince barmaqlarimla sene toxunmagimi xatirlayacaqsan..Elin telefona uzanmayacaqmi,zeng etmek istemeyceksenmi?Eyvandan pencereme baxib,goresen yatib”deye dusunmeyeceksenmi?mensizlik seni oldurmeyeckmi?Her defe yolda yanindan bir xanim kecende,menim etrimin qoxusu gelende,kinolara baxib mene benzetdiyin xanimlari gorende,metbexde oturub corek yeyende,divanda oturub televizora baxanda meni xatirlamayacqsanmi? Guzgunun qarsisinda saclarini darayanda,el-uzunu yuyanda,otagina kecende,toxundugum ker esyaya sende toxunanda meni xatirlamaycaqsanmi? Her defe masina oturanda sevdiyimiz mahnilara qulaq asanda men yadina dusmeyecemmi?Elbetde dusecem,icin qovrulacaq,her defe deniz kenarina gedende sene baxib gulmayimi,bezen decellik etmeyimi,bu senin cox xosuna gelerdi,bunlari xatirlamayacaqsanmi? Ama artiq mende sene zeng etmeyecem ta ki sen ozun meni esitmek isteyene qeder..Menim inadim,senin laqeydliyin uzun cekse anlayacagam ki bu is coxdan bitmisdi,yanmayacagam..  

09.10.11     bele bitsin istemezdim….

memmedovaybeniz tərəfindən Maraqli... kateqoriyasında dərc edildi