SENsiz Romantikam . . .

Dünən bir mesaj gəldi..Səndən sandım..

Baxdım..Sevgilimdənmiş..Sa

dəcə cismiylə yanımda olan birindən..Atdım telefonu kənara..Cavab da yazmadan..

Oysa sən olsaydın necədə həyəcanla, gözlərimin içi gülərək cavab yazardım..

Hələdə sevgilim yazdığı mesaja cavab gözləyir..Qoy gözləsin..Məndə səndən mesaj gözləyirəm..

Sevgilim artıq əsəblə dolu ikinci mesajı yazdı..Sevgi və üzr dolu mesaj gözləyir..Ancaq yazmayacam..Qoy üçüncü mesajda ayrılmaq istədiyini yazsın..

Hər şey üç cavabsız mesaj qədər qısa və dəyərsizdi..

Nə günə qaldın sən sevgi? Heç özünə baxmırsan.. Güzgün mü yoxdu yoxsa?

Budur üçüncü mesaj da gəldi `bir də mənə yazma və axtarma`.. Mən onsuzda yazmırdım və axtarmırdım..Bu insanlar qəribədi, etmədiyim bir şeyi etmə deyir mənə..

Nəticə budur ki artıq cismən də yalnızam..

`Məni itirdin` də yazmışdı son mesajında..Mən itirmədim..Mən vaz keçdim..Mən yalnız onu itirdim…

Doğum günümdə məni təbrik edərkən mənə yalnız bir arzunuz olsun `sevdiyinlə sevgilin eyni insan olsun`..

………….

Sanki bir həzin musiqi səslənir.. Sadəcə mən dinləyirəm..

Sözləri mənim olan..

 

Bəstəsi sənə aiddi bu yalnızlığın…

Belə deyildik biz.. Sən və mən.. Bölünməzdik.. Bax indi.. Bölündük..

Gedən gedibdir.. Nəqarətlər mənim şərəfimə oxunur artıq..

Anlayan yoxdu məni.. O, gələr `unut` söylər.. Bu, keçər `boş ver` deyər.. Ellər nə bilsin, sənsizliyə məhkum olduğumu…


Hər cür sınanar insan.. Kimi könül işində.. Kimi sonsuz həsrətlə..

Olmadı belə.. Yaramadı mənə bu sınaq..

wairlər `sən yoxkən nəsə əkshikdi` deyə söyləyir.. Yalan deyir sevgilim… Sən yoxkən hər şey əkshikdi.. Heçnə çatmır.. Heçnə bəs etmir.. Nəfəs belə dadsız gəlir..

Zaman keçmir inan.. Aynada öz əksini tapmır sənsiz sevdam..

Sən artıq yoxsan deyə.. Düşmənəm hər günə.. Sırf, sən yoxsan deyə..

 

Niyə getdin? Niyə yoxsan axı?.. Niyə.. Niyə? 

Cavab tapa bilmirəm…

Vəə..Sənsizlikdən bir səs gəldi..

Yoox yoox ağlama sən… Mən dözə bilmirəm gözyaşlarına..Əlimdə olsa qaçaraq sənə gələrəm.. Sarılaram bərk bərk .. Bir daha buraxmamaq şərtilə…

Amma nə edim..Əlimdə deyil…

Zamansız mələk uçaraq qanadlarında ölümü gətirdi və mənə sarılıb apardı..

Qopardı məni səndən.. Bir parçamın, `qəlb`imin səndə qaldığını bilmədən..

Son Nefesimde Bele Yanimda Qal..

Uzun müddət düşünürdüm ki,mən sənsiz qala bilərəmmi?Sonra yenə düşündüm 2 gün, 3 gün sonra öyrəşərəm sənsizliyə. Mən sənə sadəcə bağlanmışam.Sevmirəm axı səniii. Sənin yerini başqaları da əvəz edə bilər.Səninlə keçirdiyim vaxtı ailəmlə,dostlarımla da keçirə bilərəm.Sənin yerini başqaları da əvəz edə bilər. Gəzərəm,əylənərəm səni unudaram.Yeni-yeni münasibətlər quraram.Necə deyərlər mən sənsiz də yaşaya bilərəm əsas mənim var olmağımdır…

Kənardan bu sözlər necə də asand görünür. Bu cümlələri mən dilimlə dedim.Bəs ürəyim???Ürəyimdəmi bu sözləri deyir?Yox bu sözlərin heç biri düz deyil əzizim.İndi anlayıram sənsiz həyatın necə sıxıcı,qaranlıq,mənasız olduğunu. Sənsiz həyat çox pisdir mənə.Sən yanımda olmayan da sanki ölmüşəm,sanki mən heç var olmamışam.Sənsiz həyat çox qəmgin keçir mənim günlərim sənsiz yalnız ağlamağla keçir sevdiyim mənim. Sevdiyim mənim??? Az öncə mən sənə sevdiyim dedim!!! Axır ki,mən də qəbul etdim bu sevgiyi.

Mən səni sevirəm deyə qışqırmaq istəyirəm,amma bacarmıram… çünki bilirəm bu sözü özüm deyib,özüm eşidəcəm… mənim səsimi bəlkə bütün dünya eşidər,amma sən heç vaxt eşitməzsən,inanmazsan mənə,sevməzsən məni… Amma üzülmürəm buna görə,bunları yazarkən də heç ağlamıram. Çünki mənim sevgim ikimizə də bəs edər. Mənim sevgim o qədər böyükdür ki,qəlbimə belə sığmır.Sevgimi kağızlara yazsam sığmaz,sevgimi bütün dünyaya bəyan etsəm yenə sakitləşmərəm.Çünki mənim sevgim yalnız səninlə həyat tapır. Mənim qəlbim yalnız səninlə vurur. Mənim o kor gözlərim yalnız səni, yalnız səni görür. Mənim o heç kəsin səsini eşitməyən kar qulaqlarım yalnız səni eşidir.Mənim o boş daş qəlbimi yalnız sənə olan sevgim doldurur. Bunları deməkdə məqsədim sevgimi sənə sübüt etmək deyil.Mənim sevgimin heç sübüta ehtiyacı da yoxdur. Bəlkə də indi inanamaya bilərsən amma vaxt gələcək sən mənim qəlbimin səsini duyacaqsan. Sənin də qulaqların yalnız məni eşidəcək. Sənin də gözlərin kor olub yalnız məni görəcək.Bax mən də bunu istəyirəm yalnız gözlərin məni görsün.Bilirəm bunları oxuyan kimi mənə eqoist deyəcəksən.Hə mən eqoistəm. Mən mənim olanı paylaşmaq istəmirəm. Səni də paylaşmaq istəmirəm.Çünki sən də mənə aidsən!!!

Sənsiz qaldıqdan sonra mən özümdəki yen xüsusiyyətləri kəşf etmişəm.Mən heç vaxt qısqanc olmamışam amma ilk dəfədir ki,bir insanı hər şeyə hətta özümə belə qısqanıram.Mən səni qısqanıram etiraf edirəm sevgilim özü də dəlilər kimi qısqanıram səni.Yanımda olanda belə qısqanıram səni.İstəyirəm hər an,hər saniyə mənim yanımda olasan.Səni heç kəsə göstərməyim yalnız mən səni görüm.Yalnız mən sənə toxunum.Bəzən fikirləşirəm də nə yaxşı ki,sən mənim həyatımdasan.Görəsən sən olmasaydın mən necə olardım axı.Bəzən sənə səni sevirəm belə deyə bilmirəm.Çünki bu sözlər artıq bir çoxlarının dilində adi sözə çevrilib.Mən sənə daha fərqli sözlər demək istəyirəm.Elə sözlər ki,sən bu sözləri eşidəndə mənə baxıb mən də səni sevirəm deyil də,daha fərqli bir söz deyə biləsən.Mən də sənin sözlərini qəlbimdə hiss edə bilim.Çünki mən sevgimi heç vaxt dil də deyil də,ürəkdə hiss etmək istəyirəm.Mən saxta sevirəmlər istəmirəm…

Son nəfəsim də belə mənimlə qalacaq səni istəyirəm!!!

memmedovaybeniz tərəfindən Hekayeler... içində dərc edildi

SevgiDE QuRuR…

Gözəl bir payız səhəri idi. Ancaq olduqca da darıxdırıcı bir gün idi.. Payız yağışı yağırdı. Tənhalıqdan bezmişdim, gəzməyi düşündüm və bacımın dərsdən çıxmaq vaxtı olduğu üçün onu götürməyə getdim. Birdən gözlərim ay üzlü, incə belli, gülən üzlü bir qıza sataşdı. Gözlərim sanki işıq saçdı, onun gözəl gözləri məni elə bilki yenidən həyata bağladı. Evə gəldim, ancaq o gözəlin gözləri bir an olsun belə gözümün qarşısından getmirdi. Başladım hər gün bacımı götürmək bəhanəsi ilə məktəbə getməyə.. Lakin sonunda başa düşdüm ki, belə etməklə də heç nə əldə etməyəcəm və qərara gəldim ki, mən də o məktəbdə oxuyum. Sonunda gəldim məktəbə. Hər gün onu uzaqdan görmək belə mənə bəs edirdi. Həyatımdan çox qızlar keçmişdi, ancaq hamısı gəldi gedər sevgi idi, bu qızı sevincə isə, sevginin nə olduğunu başa düşdüm. Həyatda heç vaxt, heç kim və heç nəyə görə yenilməmişdim, ancaq bu məni sonunda həyat qarşısında yendirdi.. Günlərcə düşündüm, görəsən baxışlarım ona sevdiyimi başa salırmı? Mən necə ona sevdiyimi açıb deyimmi? Yoxsa səbr edim? Öz-özümə ancaq suallar verirdim və özümdə cavabını verirdim. Nəhayət cavabım səbr edim..! 
   Səbr-səbr, beləliklə günlər həftələri, həftələr də ayları yola saldı, bir də oyandım ki, aradan 7 ay keçib və mən hələ də öz xəyalımda, öz sevgimin gözəl röyalarındayam. Onu röyamda gözəl bir gülə bənzədirdim, onlar kimi saf və gözəl idi.. Daim gülür, amma gülərkən arxada gözü yaşlı biri buraxdığından heç xəbəri yox idi. Sevirdim onu dəlicəsinə, düşünürdüm bəs bu qız məni heç vaxt sevməzsə nə edərəm..? Düşünmək belə çətin idi. Axı ümid deyilən bir şey var.. Düz deyiblər ki, ümid çarəsizlərindi. Onun da məni sevməsini arzulayırdım o böyük Allahdan. 
   Bir gün çatda idim. Bir qızla başladım söhbət etməyə və bunla tanış olduq biz tanış olduqca gördüm ki, bu o qızdır. Həyat sürprizlərlə doludur ki, məni də öz sevdiyim qızla realda da olmasa virtualda qarşılıqlı söhbət etməyi qismət etdi.. İnana bilmirdim, qəlbim yerindən çıxacaq qədər atırdı. Əllərim buz kimi olmuşdu. Biz xeyli söhbət etdik. Onun da mənim haqda xeyli məlumatı var idi. Bunu özü dedi. Ancaq mənimlə az da olsa maraqlandığı xəbəri belə məni sevindirdi. Biz başladıq olduq dost. Bir neçə gün biz çatda söhbət etdik, sonra mən ona ondan çox xoşum gəldiyini dedim və onun da mənə qarşı nə hiss etdiyini, qısası .Hə və ya Yox,bir cavab deməsini istədim, söhbəti çox fırlatdı və nəhayət insanı diri ikən öldürəcək cavab verdi yəni… Yox.. çox üzüldüm, sanki diri ikən öldüm, amma yenilmədim dedim özün bilərsən. Ancaq biz yenə də çatda başladıq söhbətimizi davam etməyə və səhərisi gün mən bir qərara gəldim.. Çünki ona sevgi təklif etdiyim gün göydən yerə vurmuşdu onun Yox sözü beynimdən heç çıxmırdı. İnsanı da məhv edən kindir. Mən ona dedim ki, mən artıq səni yox başqasını sevirəm, hətta onunla da evlənəcəm. Özünü sındırmadı və beləliklə də mənə sonsuz xoşbəxtlik arzu etdi. Bu sözləri isə məni daha da məhv edirdi. Nə biləydim ki, oda məni sevirmiş, sadəcə ürəyində saxlayırmış. Bir axşam çağı idi, düzü mənimlə çox soyuq danışırdı, həmçinin mən də eynilə. Mənə dedi ki, doğurdan başqasını sevirsən..? Yenilməmək üçün dedim bəli həmin dəqiqə mənə ölümdən belə betər gəldi. Ancaq onu sonsuz sevdiyimi bilmirdi. Sözümü dediyim an mənə cavab olaraq nifrət edirəm sənə və məni birdəfəlik tərk etdi. Belə olacağını düşünməmişdim.. İndi çox peşmanam. Çünki məni məhv edən qürurum oldu.., yenilməz qürurum!!! Nə verdi qürurum mənə? dərddən başqa…!!! Sevgilim sən getdin. Zülmət bir qaranlıq, bir zindan yalnızlığı, ağır bir boşluq buraxdın geridə. Kaş ki, bunu əvvəldən duyardım, bağışla məni!!! 
   Oğlanlar sözüm sizədir, sevgini qürurla ölçməyin, yoxsa sonunda məhv olan siz olacaqsınız. Unutmayın ki, insanı sevmək üçün bir an kifayətdir, onu unutmaq üçün isə bəzən ömür də az olur…

memmedovaybeniz tərəfindən Hekayeler... içində dərc edildi

“SEVGI” ve”NIFRET”arasinda….

Sən mənim həyatıma hardan girdin,nə vaxt çıxdın anlamadım.Mənim üçün az müddət davam edən şirin yuxu idin.Ancaq tez getdin və uzun müddətdiki səni unuda bilmirəm,hər gün səni fikirləsirəm,hər gün keçdiyimiz yollardan keçirəm.ve hansısa yerdə dayanıram.Həmin yerdə mənə dediyin hansısa sözlər səslənir qulağımda.Gözlərim dolur.Hər yeri dolanıram səni axtarıram. 

Hər gün dua edirəm ALLAHA möcüzə olsun,qayıdasan deyə… 

Biz ayrılanda sən mənə ağlamayacağıma görə and içdirmişdin.Bağışla sözümün üstündə dura bilmədim.. 

Sən getmişdin amma sonra yenə qayıtdın,hər dəfə qayıdanda mən ümidnən dolurdum,sonra yenə gedirdin məndə ümidlərimi öldürürdüm.Hər dəfəsində bambaşqa əzab verirdin mənə.Sənin sayəndə bütün əzabları yaşadım.. 

Mənə nifrət elə deyirdin!Neçə dəfə çalışırdım amma səni xatırladan adi bir sey məni əvvəki halıma qaytarırdı.Beləcə sənsiz 6ay keçirtdim.Axırda dözməyib sənə sms yazdım.Səndən yalnızca məni sevməsəndə arada məni xatırlamanı,mənə azda olsa varlığını hiss etdirməni istədim.Mənim buna çox ehtiyacım vardı.Çünki mən bu il tələbə olmaq üçün imtahana hazırlaşırdım.Sənə olan həsrətim mənim hər seyə qarşı marağımı öldürmüşdü,elə dərslərimədə.Bu məni çox narahat edirdi.Onda mən səndən kömək istədim sən isə narahat olma mən sənin dostun kimi yanında olmağa çalışacam dedin və bir bəhanəynən yenə getdin.Məni yenə aldatdın.Mən yenə əvvəlki halımnan hər şeyin bitməsini gözlədim.Nəhayət hər şey bitti və tələbə adı mənə qismət olmadı.

İndi isə bilirsən, mən sənə yalnız və yalnız nifrət edirəm.Mənim həyatımı məhv etdiyin üçün sənə NIFRƏT EDİRƏM!!

Amma onuda bilirəmki birgün səni xatırladan cuzi bir şey qarşıma çıxsa səni necə sonsuz bir sevgiynən sevdiyimi anlayacam.İndi isə nifrət edirəm deyim bəlkə içimdə gizlədə bildim sənə olan sonsuz sevgimi… 

memmedovaybeniz tərəfindən Maraqli... içində dərc edildi

23:45….

Saatin eqrebleri durmaq bilmire…eslinde elimde olsaydi ele satin eqreblerin 23:45de saxliyardim,ya da ki hec 12 olmazdi..Bu sadece istekdi…

Tezden yuxudan durdum,hava hele hec aydinlasmamisdi…Bele havani cox sevirdim,eslinde sevmirdim  sadece olaraq qaranliqda hisslerimi daha cox biruze vere bilirdim..rahat agliya bilirdim,hec kim gormeden…

Ele bu gunde bele etdim..

31 dekabr ,saat 04:45..Metbexe kecdim,qefedani qazin ustune cekib pencereden cole baxdim…

Birde qefedan fit calanda basa dusdumki agliyiram,eslinde sadece cole,havaya baxib aglamirdim..Qarsimdaki neheng binaya baxib agliyirdim..O binaki her zaman meni oz nehengliyi ile qorxudub..

1 stekan  cay suzdum 2 qurtum alib  otagima kecdim..beynimde o qeder sey dusundum ki belke beynin dili olsaydi dusunme deye yalavarardi..

Yatdim…Gunesin uzume dusen isigi meni yuxudan oyadana kimi ..Saat 11:45 deqiqeni gosterirdi…Telefonu elime goturdum…

Sonra honkure-honkure agliyib telefonu yerine qoydum…Sanki illerdi icimde qalmis ,yigilmis o hisslerimi bir telefoana baxmaqla icimden atdim..Ama sende  fikirlese bilersen ki bir telefona baxmaqla insani bu qeder aglada bilermi?

Bu sadece telefona baxmaq deyildi..Telefonu elime goturub “O”-na zeng etdim..

Bir xanim telefonu acdi ve mende derhal telefonu bagladim…

Ayaga durdum,el-uzumu kecib yudum 1 stekan cay goturub ,yenede binaya baxa-baxa icdim…Her zamanki kimi yenede agliyirdim..Belke ele bir gun olmazdiki o bina meni aglatmasin..Seher yemeyimi yeyib bezi seyler almaq ucun evden cixdim..Saat 2:45 deqiqeni gosterirdi…

Avtobus dayanacaginda durub avtobusu gozleyirdim.Avtobus geldi men getdim,yol boyu en sevdiyim sey agaclari saymaq idi,catdigim unvana qeder ne qeder agac saymgim ve sonradan bunu kimese demeyim meni usaq kimi sevindirirdi…

Neyse bazara dusub bezi catismiyan seyleri aldim…Sora yeniden dayanacaga gelib avtobusu gozledim…

Melum meseledi,axsam bayramdi ,yeni ili qeyd edeciyik..

Eve gelib yavas-yavas her seyi hazirlamaga basladim,saata baxdim saat 06:45deqiqeni gosterirdi..

Axsama cox az qalmisdi ..Saatin eqrebleri dayanmadan hereket edirdi…Hec yeni ilin gelmesini istemirdim…..Cunki …..

Her seyi hazirlayib,otagima yeniden kecdim,axsama qeder hec olmasa belke nese cizmaqara ede bilerem diye duusundum,amma alinmirdi..

Yatdim..Seni dusunerek yatdim..

-Qalx ayaga ,uje gecdi.dur da..Dur balam dur,-Mamamin sozlerine oyandim..Hemiseki kimi ilk verdiyim sual “Saat necedi?22:44 “1 deqiqe tez durmusam,olsun…

Artiq her kes bayram edir,yayib ,icir,senlenir,birce men qem deryasinda batmis kimi oturmusam..Yene pencere qarsisi,neheng bina,ve men..

Telefonu elime goturub yene ona zeng etdim..Telefonu acmadi..Dayanmadan zeng etdim..Saat duz 23:45 deqiqeni gosterirdi telefonu acid,men bir kelme dememis “Cox sag ol,seninde bayramin mubarek”deyib desteyi qoydu

31 dekabr ,saat 04:45..Metbexe kecdim,qefedani qazin ustune cekib pencereden cole baxdim…

Birde qefedan fit calanda basa dusdumki agliyiram,eslinde sadece cole,havaya baxib aglamirdim..Qarsimdaki neheng binaya baxib agliyirdim..O binaki her zaman meni oz nehengliyi ile qorxudub..

Sevdiyim,illerce gozlediyim insane bu binada qalirdi..Eyvanlari duz bizim eve baxirdi,her gun pencerenin qarsisinda durub onu seyr edirdim..Ne etdiyini,nece cay icdiyini,nece gulduyunu,hetda nece siqaret cekdiyini bele seyr edirdim..

Belkede bu mene cox boyuk eziyyet idi amma gormedende yasiya bilmirdim..Qatlasmaq zorundaydim…

Meni agladan bu idi…

23:45 ve men anladim ki artiq hec bir menasi yoxdu..

Aci cekmeyin hec bir menasi yoxdu..Menim inadim,onun laqeydliyi uzun cekdi..

Sevgilim sene bu qeder yaxin iken,bu qederde uzagam..\\

Axsama cox az qalmisdi ..Saatin eqrebleri dayanmadan hereket edirdi…Hec yeni ilin gelmesini istemirdim…..Cunki …..

Cunki bu ilide sensiz qeyd etdim……


memmedovaybeniz tərəfindən Hekayeler... içində dərc edildi

Unudacam…

Daha seni axtarmayacam..Ozume soz verdim,zeng etmeyecem sene,evvelce telefon nomreni unudacam,sora barmaqlarimin gozumyumulu yigdi nomreleri…Artiq ozume soz verdim seni xatirlamiyacam,sen ozun meni axtrarana qeder…Sesini unudacam,gulusunu unudacam,seninle bagli xatireleri unudacam,gezdiyimiz sahili,o evi,sevismelerimizi unudacam..Seni axtarmayacagam..Icim qan aglayacaq,sensizlikden qovrulacam ama sene zeng etmeyecem…Seni axtaracaq gozum,gulusunu,opusunu,kobud ellerinle mene her toxunusunu,saclarima  tumar cekmeni,zarafatyani da olsa bezen meni vurmagini..Inanki onlar ucun bele darixmisam,ama sene zeng etmeyecem.. Seni axtarmayacam,ellerim her defe  telefona uzananda gozlerimi yumacam,…Aglimda tek uzun,baxislarin qalacaq,mene baxib gulumsemeyin qalacaq,ama sene zeng etmeyecem…Her gece yatanda baxislarin gelecek gozumun onune,qovrulacam,sora gulusun qulagimda  cingildiyecek,sora sesin,mesajlarina baxacam,mene her gece yazdigin  o mesajlari oxuduqca  ,yansamda,gozumdeki yaslar sel olsada,ozume bir soz vermisem,sene zeng etmeyecem ve bu sozumu tutacam…Bu iller erzinde qururumu ortaya qoydum,ama hec bir sey alinmadi…Laqeydliyin meni usandirdi…Sen hec meni xatirlamayacagsanmi?
Elbetde xatirlaycaqsan…Evvelce  sozlerimi,gozlerimi,baxislarimi,gulusumu,sora her gece bize ait olan soyuq yatagina girende sehere qeder sevismelerimizi,opuslerimi ,ince barmaqlarimla sene toxunmagimi xatirlayacaqsan..Elin telefona uzanmayacaqmi,zeng etmek istemeyceksenmi?
Eyvandan pencereme baxib,goresen yatib”deye dusunmeyeceksenmi?mensizlik seni oldurmeyeckmi?
Her defe yolda yanindan bir xanim kecende,menim etrimin qoxusu gelende,kinolara baxib mene benzetdiyin xanimlari gorende,metbexde oturub corek yeyende,divanda oturub televizora baxanda meni xatirlamayacqsanmi?
 
Guzgunun qarsisinda saclarini darayanda,el-uzunu yuyanda,otagina kecende,toxundugum ker esyaya sende toxunanda meni xatirlamaycaqsanmi?
 
Her defe masina oturanda sevdiyimiz mahnilara qulaq asanda men yadina dusmeyecemmi?
Elbetde dusecem,icin qovrulacaq,her defe deniz kenarina gedende sene baxib gulmayimi,bezen decellik etmeyimi,bu senin cox xosuna gelerdi,bunlari xatirlamayacaqsanmi?
 
Ama artiq mende sene zeng etmeyecem ta ki sen ozun meni esitmek isteyene qeder..Menim inadim,senin laqeydliyin uzun cekse anlayacagam ki bu is coxdan bitmisdi,yanmayacagam..
 
 
09.10.11     bele bitsin istemezdim….
 
memmedovaybeniz tərəfindən Hekayeler... içində dərc edildi

?????????

Hec kime inanmayacaqsan..birine sen menim herseyimsen dediyin andan etibaren sen uduzmus sayilirsan,itirersen hemise.Men bunu bu gun basa dusdum.onu helede seversen,o helede senin her seyindir,ama sen onun hec bir seyi.basa dusduyun anda yixilarsan.belesi ikimiz ucunde en yaxsisidir,mecburuq deyer.Sen ise hec bir sey demezsen.Sadece sen bilersen deyersen.Her sey ucun tesekkur edirem deyersen ve o geder..Amma qelbinden cixmaz hec bir zaman.hemise eyni yerde qalacaqdir senin ucun.bunu basa dusersen..

3075-ci gun…

Artiq seninle bagli olan heyatima umumilikde son qoydum,her seye.Seninle bagli xatireleri nece deyerler ,her seyi bir mucruye yigib ummana atdim,orda batsin deye.Sene ait olan bi tek varliq bele saxlamadim heyatimda.Artiq seni unutdum,unutdum deyirem amma qelbimde helede seni sevirem,sen menim bir omur xatiremde qalasan.Seni  unutmaq asand deyil,ozumle bacara bilmirem…Ama sevgi qarisiq sene ureyimde dehsetli derecede nifret hissi var,bax o nifret hissim gunden-gune artir..Belke o zaman seni unuda bilerem deye

Sevgi?nedir sevgi?Yalanlarla dolu ask oyunu,anladim ki bu heyatda sevgi yoxdur.Varligimla bir tek sene inanmisdim ama gorunur yanilmisam.Sene inanmaqda bele yanilmisam,

Bezen dusunuremki yaxsiki her sey qurtardi,cunki sene olan sevgim o qeder guclu idiki her seye qadir hesab edirdim ozumu,cox sehvlere yol verdim,yapmam gereken seyleri yapmadim yanlis etdim,cox yanlis..

Kas ki bu qeder sene bagli olmasaydim,seni bu qeder sevmeseydiM

Kaski arzuladigim seyleri arzuladigim  kimi yasiya bilseydim,ama olmadi

Ama artiq ozume soz vermisem daha hec kimi sevmiyecem..Cunki sevdim ve qarsiligin yeterince gordum..Sen menim sevgime qarsiliq vermedin dusundunki eh ne etsem onsuz meni bagislayacaq,amna senin gozumde bu qeder kucuk duseceyin hec aglima gelmezdi

Sana acidigimi soylesem?Sene yazigim gelir,nifretin o qeder boyuk ki hec kimi seve bilmezsen sen..Hec kime baglana bilmezsen

Senin heyatinda seni menim qeder seven qadin olmuyacaq….menim qeder senin ucun her seyinden kecmeye razi olan bir qadin olmayacaq,senin ucun her sey etmeye razi olan bir qadinOLMAYACAQ

Seni menim qeder seven hec kim olmayacaq..bu heyatda sevgisiz qalmagin ne oldugunu bilmirsen ,ama vaxt gelecek sevginin ters uzunu sene de  gosterecek tersine  donen zaman

Oten xosbext,menimle bagli gunlerine donmek isteyeceksen ama o zaman da men olmayacam,artiq heyatinda AYBENIZ olmayacaq

Seni oldugun kimi seven,sene oldugun kimi deyer veren,oldugun kimi qiymetlendiren,Saxta tebessumlerden kenar,yalan sevgi etraflarindan kenar  Aybeniz olmayacaq.

O zaman anlayacaqsanki mensiz qala bilmirsen,saxta tebesssumler seni usandiracaq,o zaman meni axtaracaqsan bax,o zaman men olmayacam

Bu omur yolunun 3075 gununde  heyata mensiz davam edirsen.Bu uzun heyat yolunda seninle olmaq isterdim ama olmadi.Men ele bilirdim sensiz qalsam olerem,necede ciliz dusunce imis.Heyatimda olmamagin olmagindan dahayaxsidi,sensiz heyat daha gozeldi.

Seni itirmek qorxusu yox,xeyanet qorxusu yox,terk edilmek qorxusu yox..Ama ne yaxsiki men seni terk etdim seni nece qazanmisdimsa elecede cekib getdim.Ama seni qazanmaq o qeder asan olmamisdi..Nece ki bu gun itirmek asand oldu..S eni itirdim,ama tesuflenmirem,bilirsen niye?Cunki senin kimi ciliz insanlarin heyatimda olmamagi daha yaxsidi,senin kimi insanlara bu menali sevgi dolu heyatimda yer yoxdu..

Ozumu cox gunahkar hiss edirdim,senin emellerin ucbatindan seni terk etmekde ozumu gunahkar hiss edirdim,ama bu gun tam emin oldum ki bele hamisindan daha yaxsidi…

 

 

Yolun aciq olsun,sene xosbextcilik arzu etmirem,cunki xosbextcilik inasanin oz elindedi sen ise hec vaxt ona nail ola bilmezsen…

memmedovaybeniz tərəfindən Hekayeler... içində dərc edildi

YALAN…

Yalan

“Bu gun ayin 9-u.saatin eqrebleri 07;45 deqiqeni gosterir.deyesen yene gecikecem.eslinde mende hec vaxt yuxudan problem olmazdi ama bu bir nece gunde sanki illerdir yatmamisam kimi yuxum gelir.sanki illerin yorgunlugunu mehz bu gun daha cox hiss edirem.

Neyse .artiq vaxtdir”

Carpayidan qalxib vanna otagina getdi.el-uzunu yuduqdan sora 1 nece deqiqelik guzgunun qarsisinda durub sanki illerdir ozunu gormurmus kimi seyr etdi.Yox bu heqiqeten men deyilem,men bu qeder heyata kuskun ola bilmerem.

Birden neyse dusunduse gozleri doldu”allah seni oldursun,eclaf.’

Otagina kecib paltarlarini geyindi,masinin acarlarini goturdu,tokduyu caydan da 1 qurtum alib evden cixdi.eslinde bu ele onun xasiyyeti idi,hec vaxt cayi axira qeder icmezdi

Masini ise salib sahil istiqametine yola dusdu,bu yollarda her zaman tixac olurdu.

Eh,yene bu zehletoken tixaclar,”lenete gelesen 50 deqiqedirki tixacdayam’yene de gecikdim.masinda oldugu zaman ancaq onu dusunurdu,ne hediyye alacagini.axi bu gun onun ad gunu idi.

Yene pencere arxasinda oturub,sakit,qemli ve bir az da sevinc dolu nezerlerini qapiya zilleyib meni gozleyir.yenemendeninciyecek”balam minim”deye dusunurdu Naile.

Bu iller erzinde nailenin heyatinda demek olarki hec kim olmamisdi.yalniz birce insandan basqa,heyatda ilk ve en cox sevdiyi ve eyni zamanda onu aldadib yatagina salan,onu atan bir insandan basqa

Naile her defe onu dusundukce yadina ilk dusen sey merdakandaki o ev olur.axi nece olmusdu ki naile ona inanmisdi,onun yatagina girmisdi.tebitce o ele bir insane deyildi.belekede onu cox sevdiyinden ozone hakim ola bilmemisdi.ama ilqarin ona qarsi hiss etdiyi sirf sehvet hissi idi

Naile ozone gore cox gozel bir xanim idi.qara uzun saclari,nerme nezik bedeni,ag benizi,bdami dodaqlari,yumru dik dosleri,ince ayaqlari vardi.cox zaman etek geyerdi ve saclarini aciq qoyardi,bu onun gozelliyini daha da qabariq gosterirdi,yeridikce gerdanina deyen saclari adami valeh edirdihele bir  gozleri…..gozlerinden sanki ehtiras alovlanirdi.

O gece sehere qeder sevisdiler,naile sanki ilqardan doymurdu,onun qoxusunu icine cekirdi

“ilqar goresen biz ne vaxt bir yerde olaciyi? Ne vaxt /usaqlarimiz olacaq?’ilqar artiq yatmisdi

Ele o gunden naile bir defede olsun ilqari gormedi.hele indiye qeder yadindadi..soyuq bir qis gecesi idi eyni ile bu gun fevralin 9-u…demek artiq 6 il kecir.

Ama bu iller erzinde naile demek olarki oz teravetini oz gozelliyini itirmisdi.eslinde elede cox yasi yox idi.32.32 yas nedirki:?ama onun bu iller erzinde cekdiyi sarsinti,iztirab,hesret yangisi artiq onun saclarina den salmisdi.

Masin usaq eliller evinin qarsisinda dayandi,nehayet catdi .ele qapini acmisdiki uzaqdan bir usaq kaleskada ona teref geldi.naile yene her zamanki kimi ogoz yaslarini gizlede bilmedi.cunki bu onun oz canindan oz qanindan olan dogma balasi idi,ilqarin ona bexs etdiyi bir omurluk xatire.

Eslinde usagin elil dogulmasina sebeb elenaile ozu idi.etrafdaki insanlar bunu bilmesin deye o qarnini sal ile mohkem sixirdi

Ve naile buna gore ozunu hec cur bagislaya bilmirdi..

Naile her gun bura geler,oz ogluna emine (emin ilqarin en cox sevdiyi ad idi)bas ceker,sonar cixib gederdi,artiq 6 ildir ki o her gun bura gelerdi.gelerken emine aldigi hediyyeleri ona gosterdi,en sevdiyi hediyye masin idi.emin danisa bilmirdi eqli cehetden de qusurlu dogulmusdu ama her zaman cox sag olunu gulerek ifade edirdi.artiq 6 saat kecmisdi,eminin yatmaq vaxti idi.usaqnan sagollasib masina terf getdi,mama sene qurban olsun

Masin Nizami istiqametine catmisdiki birden anileningozu qarsidaki masinin nomresine satasdi.heeeeeeeeeeee bu onun Ilqarin masinidi.Istiqametini deyisib masinin arxasinca dusdu,masin Qaracuxur istiqametine gedirdi.Birden Ilqar masini  boyuk bir darvazanin qabaginda saxladi.iceriden gelen ses ise naileni sarsitdi”atammmm geldi”qapi acildi ve iceriden 10 yaslarinda bir qiz usagi onun qucagina atildi

Her sey bu qeder sade………….axi nece ola bilerdiki.demek menimle oldugu bu iller erzinde evil imis..demek meni aldadirmis naile hec neyi dusunmeden ozunu oldurmeye hazir idi,ama onun qabagina bi tek varliq oglu kesirdi..

Naile eve getdi butun gunu agliyirdi,zamanla her sey duzeler deyirdi,ama fikirlesmirdiki kecen tek sey zamandir…2 gun sonra naile oglununurek catismamazdigindan dunyasini deyisdiyini esitdi

Aman alllah bu ne beladi…

Masinin acarlarini goturub evden cixdi baki sumqayit yolu istiqametine surdu sure saatda 180km idi masini qarsisina cixan divara cirpdi ve dusunduyu tek bir sey oldu

MENI ARTIK BU HEYATA BAGLAYAN HEC BIR SEY YOXDUR


memmedovaybeniz tərəfindən Hekayeler... içində dərc edildi